CNN Amerika administrasiyasının adının açıqlanmayan nümayəndəsinə istinadən xəbər verir ki, İsrail hakimiyyət orqanları ABŞ-la məsləhətləşmələrdən sonra Livanda Hizbullah hərəkatının birləşmələrinə qarşı daha kiçik miqyaslı quru əməliyyatı keçirmək niyyətindədir.Nəşrin məlumatına görə, İsrail 2006-cı ildə olduğu kimi, irimiqyaslı hərbi əməliyyatlar həyata keçirməyərək, Mavi xətt boyunca - Livan və İsrail sərhədində yerləşən kəndlərdə bir neçə əməliyyatla məhdudlaşmaq niyyətindədir.Telekanal eyni zamanda qeyd edir ki, Amerika hökumətinin nümayəndələri İsrailə məhdudlaşdırılmış əməliyyatın genişmiqyaslı münaqişəyə çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta