La Liqanın 8-ci turunun “Real Madrid”lə oyununda (1:1) azarkeşlərin davranışına görə “Atletiko”nun arenasında tribunalar qismən bağlana bilər.
İkinci hissənin ortalarında “Metropolitano”dakı görüş azarkeşlərin tribunadan “Qalaktikos”un qapıçısı Tibo Kurtuaya müxtəlif əşyalar atmağa başlaması səbəbindən yarımçıq qalmışdı. Fasilə 15 dəqiqə davam edib.
Publika.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, belə qayda pozuntusuna görə mümkün sanksiyalara iki və ya üç oyunda stadion tribunalarının qismən bağlanması da var.