AZ

Marketdə 37 yaşlı kişii 18 nəfəri bıçaqladı - üçü öldü

Şanxayda supermarketdə bıçaqla hücuma məruz qalan 3 nəfər aldığı xəsarətlərdən ölüb.

 Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, bazar ertəsi axşam Songjiang rayonunda polisə kiminsə supermarketdə müştərilərə bıçaqla hücum etdiyi barədə məlumat daxil olub.

Hadisə yerinə gəldikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 37 yaşlı kişini saxlayıb, o vaxta qədər 18 nəfəri yaralamağa müvəffəq olub, onlardan üçü sonradan xəstəxanada dünyasını dəyişib.

İlkin istintaqa görə, həmin şəxs şəxsi maddi problemlərinə görə hücumu kiməsə qarşı qəzəbini çıxarmaq üçün edib.

Seçilən
86
ucnoqta.az

1Mənbələr