AZ

İsrail Aralıq dənizi üzərində pilotsuz uçan aparatı ələ keçirib

İsrailin hava hücumundan müdafiə sistemi Aralıq dənizi üzərində pilotsuz uçan aparatı zərərsizləşdirib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun telegram kanalında məlumat verilib. Pilotsuz təyyarə ölkənin mərkəzi hissəsinin sahillərindən onlarla kilometr aralıda vurulub.

Bundan əvvəl “Ənsar Allah” hərəkatı İsrailin Təl-Əviv şəhəri istiqamətində ballistik raket atdıqlarını elan ediblər.

Qeyd edək ki, çərşənbə axşamı gecə İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı sərhəd bölgəsində şiə qrup “Hizbullah”ın hədəflərinə qarşı məhdud quru reydlərinə başlayıb. İDF quru qüvvələrinə hava qüvvələri və artilleriya dəstəyi verilir.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr