AZ

Baş prokuror: "Ötən bir il ərzində qeyri-aşkar şəraitdə törədilmiş 24 qəsdən adamöldürmə cinayəti isti izlərlə açılıb"

"Son bir il ərzində prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 7 qəsdən adamöldürmə cinayətinin daxili işlər və dövlət təhlükəsizliyi orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilib, onlardan 4 işin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bildirib. 

"Eyni zamanda ötən bir il ərzində qeyri-aşkar şəraitdə törədilmiş 24 qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılmasının təmin olunması xüsusi qeyd edilməlidir", - K.Əliyev əlavə edib.

Seçilən
24
iqtisadiyyat.az

1Mənbələr