QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov, Bakıda təşkil ediləcək COP29 tədbiri öncəsi Azərbaycanın beynəlxalq qurumlar və media tərəfindən qarayaxma kampaniyasına məruz qaldığını bildirib. O, Azərbaycanın yalnız ənənəvi enerji mənbələrinə üstünlük verməsi iddialarının əsassız olduğunu qeyd edib.
V. Bayramovun sözlərinə görə, Azərbaycan yaşıl enerji şəbəkəsinin genişlənməsinə töhfə verir, hazırda enerji hasilatında yaşıl enerjinin payı 17%-dir və bu göstərici yaxın 5 ildə 30%-i keçəcək. 2027-ci ildən etibarən isə Azərbaycan Avropaya yaşıl enerji ixrac edəcək.