ABŞ-da “Helen” qasırğası nəticəsində ölənlərin sayı 600-ə çata bilər.
Bunu Ağ Evin daxili təhlükəsizlik üzrə müşaviri Elizabet Şervud Rendall deyib.
600-ə qədər insan qurban ola bilərdi, lakin bizdə dəqiq rəqəm yoxdur.
O, həmçinin əlavə edib ki, dağıntının miqyasının qiymətləndirilməsi bir neçə gün çəkə bilər.
ABC News- un qeyd etdiyi kimi, 600-ə yaxın insan itkin düşüb. İndiyədək Florida, Corciya, Cənubi və Şimali Karolina, Tennessi və Virciniya ştatlarında 121 nəfərin öldüyü təsdiqlənib.
Mənbə RİA Novosti