Zukerberqin sərvəti 201 milyard dollara çatıb
İş adamı Mark Zukerberq metakainatı işə saldıqdan sonra gəlirləri altı dəfə artıb.
Reyting.az "Bloomberg"-ə istinadla bildirir ki, amerikalı milyarder və "Meta" şirkətinin qurucusu Mark Zukerberqin xalis sərvəti bir müddət öncə yeni layihə metakainat proqramının istifadəyə verilməsindən az sonra altı dəfə artıb. Bununla iş adamının sərvəti təxminən 201 milyard dollara çatıb.
Analitiklərin fikrincə, iş adamının sərvəti əsasən "Meta Platforms"-un səhmlərinin rekord yüksək qiyməti sayəsində artıb və nəticədə, iki ildən az bir müddət ərzində Zukerberqin xalis sərvəti çox sürətlə yüksəlib.
İlin əvvəlindən başlayaraq Zukerberqə məxsus "Meta Platforms" səhmləri 60 faiz bahalaşıb. Beləliklə, 28 sentyabr ayında, cümə günü onlar hər qiymətli kağız üçün 568,95 dollarlıq rekord səviyyədə ticarət əməliyyatları apara biliblər.
Oqtay QORÇU