AZ

Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq

Nokia adı altında bir çox smartfon satan “HMD Global” şirkəti artıq strategiya dəyişikliyi çərçivəsində öz adından istifadə edəcək.

Son illərdə Nokia adı ilə bir çox smartfon modelini təqdim edən HMD Global, strategiyasında mühüm dəyişiklik edir.

Şirkət Nokia markalı telefonların satışını dayandırmaq qərarına gəlib.  “HMD” Nokia markasını geridə qoyur və öz brendi altında telefonların istehsalına davam edəcək.

İlkin olaraq Böyük Britaniya, Almaniya və Avstriya kimi bəzi ölkələrdə Nokia telefonlarının satışı dayandırılıb. Bu onu göstərir ki, oxşar təcrübələr başqa ölkələrdə də ola bilər.

Yeni qərar Nokia brendinin gələcəyi ilə bağlı suallar doğurub. Markanın tamamilə yoxa çıxacağı və ya fərqli strategiya ilə davam edəcəyi bilinmir.

Bütün bunlara baxmayaraq, şirkət bir çox bazarlarda Nokia adı altında düyməli telefonların satışına davam edir./Lent.az
Seçilən
103
1
referans.az

10Mənbələr