Kriştianu Ronaldonun formasını geydiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, II tur çərçivəsində Səudiyyə Ərəbistanı təmsilçisi öz meydanında Qətərin “Əl Rayyan” klubunu qəbul edib.
Matç “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 90 dəqiqə meydanda olan Kriştianu Ronaldo 76-cı dəqiqədə komandasının ikinci qolunu vurub. Portuqaliyalı forvard 49-cu dəqiqədə də fərqlənsə də, VAR ofsayt səbəbindən qolu ləğv edib.
Qeyd edək ki, bu, Ronaldonun cari mövsüm klub səviyyəsində bütün turnirlər nəzərə alınmaqla vurduğu 7-ci qoldur.