AZ

MY rəhbərliyi baş məşqçi ilə bağlı qərarını verdi

“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Erik ten Haqı istefaya göndərmək fikrində deyil.

Publika.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mətbuatda “qırmızı şeytanlar”ın fəal şəkildə niderlandlı mütəxəssisə əvəzləyici axtardığı haqda informasiyalar yayılsa da, klub rəhbərliyi ona şans verməkdə davam edir.

Ötən həftəsonu "mankuniyanlar" "Old Trafford"da "Tottenhem"ə 0:3 hesabı ilə uduzub. Bu nəticədən sonra “Mançester Yunayted” 7 xalla Premyer Liqanın turnir cədvəlində 12-ci yerdədir.

Seçilən
74
publika.az

1Mənbələr