AZ

Qarabağ separatçılarının “mənəvi anası” da həbs edilə bilər – SENSASİON

Fransada “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Pen və partiyanın bəzi üzvlərinə qarşı məhkəmə prosesi başlayır. Siyasətçinin atası Jan-Mari Le Pen və daha 23 partiya üzvü Paris islah məhkəməsində mühakimə olunacaq. Onlar 2004-2016-cı illərdə Avropa İttifaqının dövlət vəsaitlərindən sui-istifadədə ittiham olunurlar.

Le Penin cinayəti sübuta yetirilərsə, onu 10 ilə qədər həbs, 1 milyon avro cərimə və 5-10 il dövlət vəzifəsinə seçilə bilməmək cəzası gözləyir. Belə olan halda o, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Fransada son 1 ildə keçirilən seçkilərdə – həm Avropa parlamentinə seçkidə, həm də ölkə parlamentinə seçkilərdə – Prezident Emmanuel Makronun partiyası məğlubiyyətə uğradı:

“Bu, Makronu diktaturaya həvəsləndirdi. Fransa prezidenti ölkədə sərt rejim qurmaq və hakimiyyəti qəsb etmək niyyətindədir. Marin Le Penə qarşı məhkəmə prosesinin başlanma səbəbi də məhz budur. Le Pen son seçkidən nüfuzlu siyasətçi olaraq ayrıldı. Onun növbəti prezident seçkilərində şansı çoxdur.

Marin Le Pen

Makronun anormal xarici siyasəti səbəbindən Fransada radikal sağ sürətli şəkildə yüksəlir. 2027-ci ildə Marin Le Penin prezident seçilməsi gözləniləndir. Makron bunun qarşısını kəsmək istəyir. Onun niyyəti Yelisey sarayını öz varisinə ötürməkdir. Ancaq Emmanuel Makronun qarşısında daha bir maneə var. Solçular Jan Lük Melanşonun rəhbərliyi altında birləşiblər.

Zeynal Əmrəliyev

Qocaman siyasətçi Melanşon olduqca təcrübəlidir. Solçular Makrona problem yarada bilərlər. Ancaq onlar da Fransa siyasətində ikinci qüvvə hesab edilir. Ehtimal ki, bu müddətdə Makron Le Peni sıradan çıxarmaqla bərabər həm də radikal sağın səslərini almağa çalışacaq. Bunun üçün mövcud hökumət ölkədə anti1miqrant və islamofob siyasəti gücləndirə bilər. Yaxın müddətdə ehtimal ki, müsəlman ölkələrindən Fransaya miqrant axınına ciddi maneələr yaradılacaq. Mövcud iqtidarın hakimiyyətdə qalması üçün ciddi problemlər var. Buna görə də Makron var gücü ilə çalışır ki, rəqiblərini sıradan çıxarsın”.

Xatırladaq ki, Le Pen Qarabağ mövzusunda separatizmi və erməni maraqlarını radikal şəkildə müdafiə edirdi. O, Qarabağın Ermənistana birləşdirilməsinin tərəfdarı kimi çıxış edirdi.

Seçilən
20
turkustan.az

1Mənbələr