Hakim Liberal Demokratik Partiyanın (LDP) sədri Siqeru İsiba Yaponiyanın Baş naziri olub.
Bizim.Media xəbər verir ki, oktyabrın 1-də Yaponiya parlamentinin hər iki palatasında keçirilmiş səsvermənin nəticələrinə əsasən o, bu posta seçilib.
Beləliklə Siqeru İsiba Yaponiyanın sayca 101-ci Baş naziri olub.
Yaxın saatlarda yeni Baş nazirin hökumətin yeni tərkibini elan edəcəyi gözlənilir.
Qeyd edək ki, Siqeru İsiba F.Kişidanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sentyabrın 27-də keçirilən seçkilərdə LDP-nin sədri vəzifəsinə gəlib. Oktyabrın 1-də səhər saatlarında sabiq Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta