AZ

Məşhur türkiyəli jurnalist vəfat etdi


Türkiyə mətbuatının ustad simalarından olan Güneri Cıvaoğlu bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, 85 yaşlı Cıvaoğlu həftələr əvvəl İstanbulun məşhur restoranlarından birində müvazinətini itirərək yıxıldığı və başından zədə aldığı üçün xəstəxanaya aparılmış və reanimasiyaya yerləşdirilimişdi.
30 iyul 1939-cu ildə Ankarada anadan olan Güneri Cıvaoğlu jurnalist, hüquqşünas, xəbər və televiziya aparıcısı kimi uğurla fəaliyyət göstərib. Ankara Universitetinin Hüquq fakültəsinin tələbəsi olan Cıvaoğlu jurnalistikaya “Akış” jurnalı və “Yeni İstanbul” qəzetində müxbir kimi addım atıb. O, Türkiyə Radio Televiziya İdarəsinin yaranması prosesində səhər xəbərlərini hazırlayan komandada yer alıb. Daha sonra “Tərcüman” qəzetinin baş redaktoru olub. O, “Güneş” qəzetinin ortaqlarından olub və uzun müddət onun baş redaktoru vəzifəsində çalışıb. 1986-1996-cı illər arasında “Sabah” qəzetində köşə yazarı, “Show TV”də menecer vəzifələrini tutub. 1996-cı ildən “Milliyet” qəzetinin baş redaktoru olub. “Kanal D”nin əsas xəbər bülleteninin aparıcısı olub. Eyni kanalda “Durum” adlı televiziya proqramını təqdim edən Cıvaoğlu, digər kanallarda “Şəffaf otaq” proqramı ilə davam etdi.
Seçilən
4
1
yeniavaz.com

2Mənbələr