AZ

Arvadını öldürərək cinayət məsuliyyətindən azad edilən şəxs yenidən məhkəmə qarşısında

Masallıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Yalçın Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses oktyabrın 3-nə təyin edilib.


Şikayət hakim Elşad Əliyevin sədrliyi ilə araşdırılacaq.


Qeyd: Hadisə rayonun Təklə kəndində yerləşən evlərdən birində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Yalçın Məmmədov aralarında yaranmış mübahisə zamanı arvadı 1979-cu il təvəllüdlü İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək öldürdükdən sonra özünə xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.


Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfləri dinlədikdən, ekspertiza rəyləri ilə tanış olduqdan sonra təqsirləndirilən şəxsin cinayəti anlaqsız vəziyyətdə törətdiyini təsdiqləyib. Məhkəmə tərkibinin qərarı ilə Yalçın Məmmədov cinayət məsuliyyətindən azad edilib.

Kamal Məmmədov 

Tarix: 1 Oktyabr 2024, 10:24   
Seçilən
12
pravda.az

1Mənbələr