AZ

Azərbaycan klubu türkiyəli basketbolçu ilə vidalaşıb

Azərbaycan

Bakı, 1 oktyabr, AZƏRTAC

“Lənkəran” klubu basketbolçusu Çınar Çakmakla vidalaşıb.

Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, buna türkiyəli basketbolçunun zədələnməsi səbəb olub.

Bu mövsüm komandaya kömək edə bilməyəcəyi dəqiqləşən 18 yaşlı oyunçu ilə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Qeyd edək ki, 193 santimetr boya malik hücumçu ilə müqavilə 1 illik nəzərdə tutulmuşdu. Çınar Çakmak Türkiyənin “Cedi Osman Akademiyası” komandasından “Lənkəran”a qoşulmuşdu.

 

Seçilən
25
azertag.az

1Mənbələr