AZ

İranın eks-prezidenti: İsrailə qarşı mübarizəyə MOSSAD agenti rəhbərlik edib...

İranda yaradılmış anti-İsrail bölməsinə bir müddət İsrailin kəşfiyyat agenti MOSSAD-ın agenti rəhbərlik edib...

Poliqon xəbər verir ki, bunu İranın keçmiş prezidenti, 2005-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş Mahmud Əhmədinejad bildirib.

Əhmədinejad bu bəyanatı İsrail ordusunun sentyabrın 27-də Beyrutda Livan “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahı öldürməsindən sonra verib. Əhmədinejadın verdiyi müsahibə Türkiyənin “Haberler” portalında nümayiş etdirilib. Qətl fonunda İranda insanlar yerli hökumət strukturlarına İsrail casuslarının mümkün sızmasından danışmağa başlayıblar.

“Biz İsrailə qarşı mübarizə aparmaq üçün bir bölmə yaratdıq və sonradan bu bölməyə rəhbərlik edən şəxsin MOSSAD agenti olduğu ortaya çıxdı”, deyə Əhmədinejad bildirib.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr