AZ

"Elveem-Servis" nizamnamə akpitalını daha 1,2 milyon manat azaltdı

"Elveem-Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1800261511) nizamnamə kapitalının 1646550 AZN məbləğdən 446550 AZN məbləğə azaldığını elan edir.

Bu da 1 milyon 197 min 50 manat, başqa sözlə (72.8%) azaldılma deməkdir

FED.az xəbər verir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi, 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu il şirkət nizamnamə kapitalının 3 milyon 200 min  020 AZN məbləğdən 1 milyon  646 min 550 AZN məbləğə azaldığını elan etmişdi (1 milyon 553 min 470 manat və ya 48,5% azalma).

Əlavə olaraq bildirək ki, "Elveem-Servis" MMC şirkəti 22 aprel 2005-ci ildə yaradılıb, qanuni təmsilçisi Emil Məhərrəmov Akif oğludur.

Seçilən
88
3
fed.az

4Mənbələr