Beynəlxalq Futbol Federasiyası Tarixi və Statistikası (İFFHS) 2024-cü ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda millilərdə və qitəmiqyaslı klub turnirlərində ən azı 8 qol vuranlar yer alıb. “Olimpiakos”un mərakeşli hücumçusu Ayub El-Kaabi 15 qolla cədvələ başçılıq edir. O, yığmada 4, klubda 11 qol vurub. Ümumilikdə 19 futbolçu ilin ilk 9 ayında 8 və ya daha çox qol vurmağı bacarıb. 11 və daha çox qol vuranlar: 1. Ayub El Kaabi (Mərakeş / “Olimpiakos”) – 15 qol 2. Akram Afif (Qətər / “Əl Sədd”) - 14 3. Harri Keyn (İngiltərə / “Bavariya”) - 14 4. Salomon Rondon (Venesuela / “Paçuça”) - 12 5. Sufian Rahimi (Mərakeş / “Əl Ain”) - 12 6. Aymen Hussein (İraq / “Əl Quva”) - 11 7. Ademola Lukman (Nigeriya / “Atalanta”) - 11
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less