AZ

"Fransa Ukraynaya qoşun göndərməyi istisna etmir" -Dövlət katibi

Fransa öz qoşunlarını Ukrayna ərazisinə göndərəcəyini istisna etmir. Bu barədə ölkənin Avropa məsələləri üzrə dövlət katibi Benjamin Haddad Berliner Zeitung qəzetinə müsahibəsində bildirib.

"Fransa prezidenti Emmanuel Makron dedi ki, biz heç nəyi istisna etməməliyik və bu məsələ də qüvvədə qalır", - o, qeyd edib.

Haddad həmçinin Rusiya ərazisinə zərbələr endirmək üçün Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli raketlərin göndərilməsini zəruri hesab edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

phrase_var_article.chosen
70
news365.az

1phrase_var_article.sources