AZ

Qazaxıstanda KTMT-nin sülhməramlı təlimləri başlayıb

Qazaxıstanda Alma-Ata vilayətindəki Bereq poliqonunda “Sarsılmaz Qardaşlıq 2024” sülhməramlı təlimlərinin aktiv mərhələsi başlayıb. Oktyabrın 1-dən oktyabrın 5-dək KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri tərəfindən sülhməramlı əməliyyatın hazırlanması və keçirilməsi məsələləri işlənəcək.

Komanda qərargah təlimlərində Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentləri iştirak edir.

“Dünyada vəziyyət təlatümlü olaraq qalır və biz təkcə ölkələrimiz üçün deyil, bütün dünya birliyi üçün aktual olan müxtəlif çağırışlara və təhdidlərə hazır olmalıyıq”, - Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Sultan Kamaletdinov vurğulayıb.

KTMT-nin Birləşmiş Qərargah rəisinin birinci müavini Xasan Kaloyev qeyd edib ki, təlimlərin özəlliyi ondan ibarətdir ki, qurumun hərbi birləşmələri ilə yanaşı, daxili işlər orqanlarının bölmələri, polis, daxili qoşunlar və milli qvardiya qoşunları, təhlükəsizlik orqanları və səlahiyyətli orqanlar da iştirak edir.

Oxuməni.az

Seçilən
39
oxumeni.az

1Mənbələr