AZ

Qışa hazırlıq  

Qış gəlməmişdən öncə bütün xidmət sahələri bəyan edir ki, biz qışa tam hazırıq.

Elə soyuqlar düşür, qar yağır və möhkəm şaxta düşür, bax onda  ğörürsən ki, qaz zəif gəlir, işıqlar tez- tez sönür, istilikdə evi qızdırmır.  Əhaliyə yağlı vəd deyil, soyuq havalarda yüksək xidmət lazımdır. Bu xidmət də Bakıda qış aylarında yetərincə olmur.Ona görə də hələ qışa xeyli vaxt var. Oktyabr, noyabr aylarında adını çəkdiyimiz xidmət sahələri təmir işlərini başa çatdırmalıdır.

Yoxsa, qış qapını alanda  əl- ayağa düşməyə  ehtiyac qalmaz. Bir də görürsən ki, " Azəristiliktəchizat"  soyuq qış günlərində sıradan çıxmış istilik  xəttini təmir edir. Həmin günlər isə yaşayış binasına  istilik verilmir, camaat soyuqdan əziyyət çəkir.

Bax belə halların olmaması üçün ona görə də bütün təmir işləri vaxtında həyata keçirilməlidir. Bir sözlə, " Azərişıq", " Azəriqaz" və eləcə də " Azəristiliktəchizat"  üzərinə düşən vəzifəni vaxtında yerinə yetirməlidir!

 

Emil Faiqoğlu    

Seçilən
5
adalet.az

1Mənbələr