“Şamaxı” son oyunlarda yaxşı nəticə qazanmışdı. Çətin səfər olacağını bilirdik. Oyuna pis başlamadıq, hesabda önə də keçdik. Amma sonra qollar buraxdıq. Məğlub olmamaq vacib idi, yenə də bir xal qazanmağımız yaxşı oldu. Çünki uduzsaq, rəqib bizə çatırdı. Şamaxıda qazanılan bir xal da pis deyil”.
Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev “Şamaxı” görüşü (2:2) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Baş məşqçi oyundan sonra çox danışan deyil. Əsas iclaslarda iradlarını bildirir. Analiz etdikdən sonra hamıya bir-bir səhvlərini deyir. Amma oyunlardan sonra çox qısa danışır. Qarşıdakı matçlara köklənməyin vacib olduğunu deyir. Açığı, son oyunlarda qalib gəlməsək də, komandanın enişdə olduğunu deməzdim. Milli fasilədən sonra qələbə qazanmamışıq, daha yaxşı nəticələr ola bilərdi. Qarşıda “Zirə” ilə çətin oyun var. Artıq həmin görüşü düşünürük”.
Əliyev hakimlərin performansları barədə də danışıb. O, “Turan Tovuz”a qarşı referilərdə qərəz olduğunu düşünmədiyini bildirib:
“Hakimlik haqqında iki oyunda çox şey danışıldı. Onlar da hər an səhv edə bilər. Bizə qarşı qərəz olduğu düşünmürəm. İnanıram ki, bu söylətinlər komandaya pis təsir etmir. Əsas biz qarşıdakı oyunlara baxmalıyıq”.
Təcrübəli futbolçu Kurban Berdiyevin ondan narazı olduğu və məşqçinin gələcək planlarına daxil olmadığı iddialarına da cavab verib:
“Açığı, bu söz-söhbətlər hardan çıxır bilmirəm. Belə şey yoxdur. Baş məşqçi ilə heç bir problemimim yoxdur, münasibətim də çox yaxşıdır. O, gələndən sonra milliyə dəvət aldım. Hər şey qaydasındadır”.
Həsən Quluzadə