AZ

Meymun çiçəyi...

 Az qala biz hər gün yeni bir xəstəliyin adın eşidirik.

Burda qəribə heç nə yoxdu. Qəribəsi odur ki, mənşəyi bilinməyən və müalicəsi  olmayan xəstəliklə təbiət bizi sınağa çəkir. Əlbəttə, belə virusların yayılması insanları daha məsuliyyətli olmağa və sanitar- gigiyenik qaydalara əməl etməyə sövq edir.

Koronavirusun   öhdəsindən gəlməyi bacardıq. İndisə meymun çiçəyindən  söhbət açılır. Və nə yaxşı ki, hələ ölkəmizdə bu xəstəliyə yoluxan yoxdur. Bunun əsas səbəblərındən  biri də quru sərhədlərimizin  bağlı olmasıdır.

Üstəlik də TƏBİB- dən bildirilir ki, Hava Limanında ölkəmiz gələn hər bir insan diqqət mərkəzində olur. Xəstəliyi olan insanlar cıddi yoxlanılır. Ona görə də  bu günə kimi ölkəmizdə meymun çiçəyinə yoluxmuş hər hansı xarici və ölkə vətəndaşları aşkar edilməyib. Və xəstəliyə qarşı bütün qabaqlayıcı tədbirlər görülür!

Emil Faiqoğlu 

Seçilən
12
adalet.az

1Mənbələr