Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökuməti istefa verib.
Bu barədə oktyabrın 1-də NHK telekanalı məlumat yayıb. Kanalın bildirdiyinə görə, bu gün ölkə parlamenti Nazirlər Kabinetinin yeni rəhbərini təsdiq etməlidir.
Bu, çox güman ki, sentyabrın 27-də Yaponiyanın hakim Liberal Demokrat Partiyasının sədri seçilən keçmiş müdafiə naziri Şiqeru İşiba olacaq. “Kyodo” xəbər agentliyi yazır ki, İşiba artıq parlamentin aşağı palatasını buraxmaq və oktyabrın 27-də keçiriləcək növbədənkənar seçkilər keçirmək niyyətində olduğunu bəyan edib.
//Samir Qurbanov, Editor.az