Bakı. Trend:
Azərbaycan regionda "yaşıl" enerji lokomotivi olaraq böyükpotensiala malikdir.
Trend xəbər verir ki, bubarədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin missiya rəhbərininmüavini Edvard Evans Bakıda keçirilən "Azərbaycanda könüllü karbonbazarlarına giriş" seminarında deyib.
“Azərbaycan regionda "yaşıl" enerjinin lokomotivi olaraq böyükpotensiala malikdir. Mən düşünürəm ki, karbon qiymətləndirilməsi buməsələdə çox mühüm rol oynayır. Bu, həqiqətən də çox vacib mövzudurvə Böyük Britaniya bu məsələdə liderdir və Azərbaycanıntərəfdaşıdır”, - o, vurğulayıb.
Edvard Evans qeyd edib ki, Böyük Britaniya yalnız ölkə daxilindədeyil, həm də beynəlxalq səviyyədə karbon bazarlarının böyüktərəfdarıdır. O, əlavə edib ki, Böyük Britaniya Azərbaycana bubazarların tam potensialını həyata keçirməsinə kömək etmək üçünəməkdaşlıqdan məmnundur.
“2005-ci ildə biz öz karbon tullantılarının qiymətlərini tətbiqetməyə başladıq və o vaxtdan bəri tullantıları 40 faizdən çoxazaltsaq da, iqtisadiyyatımız böyüməkdə davam edir. Buna görə dədüşünürəm ki, Böyük Britaniya yalnız tullantıları azaltmağın deyil,həm də bunu iqtisadi artımı stimullaşdırmaq üçün bir yol kimiistifadə etməyin mümkün olduğunu sübut edib. Qlobal karbonbazarları inkişaf etməkdə olan ölkələr üçün zəruri maliyyələşmənicəlb etməyə kömək edir”, - o əlavə edib.