AZ

Fatih Terim Azərbaycana gəlir? - 2 milyonluq iddia

Türkiyə futbol tarixinin ən titullu baş məşqçisi hesab olunan Fatih Terim hazırda işsizdir. Son olaraq Yunanıstanın "Panatinakos" klubunu çalışdıran "imperator" ləqəbli futbol müxtəxəssisi may ayından etibarən rəsmi formada heç bir komandada çalışmır...

Adı bir sıra Asiya klubları ilə hallanan Fatih Terim, bu mövzuda hansısa açıqlama verməyib. "Qalatasaray"da və Türkiyə milli komandasında qazandığı uğurlarla tanınan Terimin məşqçilik kariyerasına Azərbaycanda davam edəcəyi ilə bağlı iddialar var. 

Poliqon bildirir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, 71 yaşlı baş məşqçinin konkret hansı yerli klubu çalışdıracağı mediadan gizlədilir. Lakin iddialara görə, Fatih Terimin özü də Azərbaycanda işləməyə maraqlıdır. Bəzi proqnozlara görə, onun növbəti adresi ölkəmizin ən köklü klubu "Neftçi" olacaq. Yeni mövsümə olduqca bərbad start verən "flaqman" komandaya yeni ruh gətirmək niyyətindədir. Hazırki situasiyada Fatih Terimin maaşını qarşılayacaq ən potensiallı və real namizəd də məhz "Neftçi"dir.  vakansiyalar

Terimin çalışdırdığı klublardakı məvacibini nəzərə alsaq, onun yeni iş yerindəki qazancı illik 2 milyon avrodan az olmayacaq. Bundan öncə də bir sıra türk məşqçilərin Azərbaycanda fəaliyyət praktikası olub. Yaxın keçmişdə Bülənt Qorxmaz "Bakı"nı, Cüneyt Biçər "Bakı" və "Xəzər Lənkəran"ı, Fatik Kavlak isə "Qəbələ"ni çalışdırıb. Bu siyahını daha da uzatmaq olar, amma sözügedən məşqçilər klublarımızda ciddi uğurlar əldə edə bilməyib. Ancaq təbii ki, Fatih Terimi sadalanan futbol mütəxəssisləri ilə müqayisə etmək haqsızlıq olar. 

Fatih Terimin baş məşqçilik kariyerasına nəzər salsaq, ilk öncə onun "Qalatasaray"da əldə etdiyi uğurları qeyd etmək yerinə düşər. "İmperator" müxtəlif dövrlərdə İstanbul nəhəngini çalışdırdığı 13 ildə 8 Türkiyə liqası çempionluğu, 3 Türkiyə kuboku və 4 Türkiyə Superkuboku qazanıb. Terimin "şah əsəri" isə "Qalatasaray"la 1999-2000-ci illər mövsümündə əldə etdiyi UEFA Avropa liqası çempionluğudur. Bu nəticə Türkiyə klublarının Avropadakı ən mötəbər uğurudur. Əlavə olaraq, Terim Türkiyə millisi ilə AVRO 2008-də bürünc mükafat qazanıb. O, kariyerasını bir müddət İtaliyada davam etdirib. Fatih Terimin Apenin yarımadasında çalışdırdığı klublar "Fiorentina" və "Milan"dır. 

Xatırladaq ki, Terimin son iş yeri Yunanıstanın "Panatinakos" klubu olub. O, Afina təmsilçisi ilə liqaya uğurlu start versə də, bir müddət sonra klub mənfi nəticələr əldə edib. 

Poliqon.info 

Seçilən
76
10
poliqon.info

10Mənbələr