AZ

Şahmatçılarımız reytinqdə irəlilədilər

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

Msport.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “onluq”da Azərbaycan şahmatçıları yer almayıblar.

Yerli iti zəka sahibləri arasında ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Aktivində 2733 reytinq xalı olan 39 yaşlı qrosmeyster bir pillə geriləyərək 18-ci sırada yer alıb.

Teymur Rəcəbov (2700) 31-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov (2643) 10 pillə irəliləyərək 90-cı yerə yüksəlib. Azərbaycanın 19 yaşlı şahmatçısı Aydın Süleymanlı isə ilk dəfə dünyanın ən yaxşı qrosmeysterləri arasına düşüb. O, 2637 xalla 100-cü sırada qərarlaşıb.

Azərbaycanın qadın şahmatçıları Günay Məmmədzadəyə (2426) 34-cü, Gövhər Beydullayeva (2402) 45-ci, Ülviyyə Fətəliyeva (2383) 67-ci, Xanım Balacayeva (2362) isə 83-cü sırada qərarlaşıblar. Ötən ayın reytinq cədvəli ilə müqayisədə G.Beydullayeva 8, Ü.Fətəliyeva isə 1 pillə irəliləyib.

Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2831) başçılıq edir. ABŞ təmsilçisi Hikaru Nakamura (2802) 2-ci, hindistanlı Arjun Eriqaisi (2797) isə 3-cüdür.

Seçilən
78
msport.az

1Mənbələr