AZ

İrina Zaretskanı Dünya Oyunlarında gözləyirlər

Gələn il avqustun 7-17-də Çenqduda (Çin) keçiriləcək Dünya Oyunlarının Təşkilat Komitəsi İrina Zaretskanın iştirakını təsdiqləyib.

İdman.biz xəbər verir ki, qurumun saytında artıq müxtəlif idman növlərində vəsiqə qazanan idmançıların siyahısı dərc olunub.

Burada Azərbaycan millisinin karateçisi də yer alıb. Dünya Oyunları üçün ilk vəsiqələr karateçilərə ötən il Budapeştdə keçirilən dünya çempionatında verilib və Zaretska (68 kq) ardıcıl üçüncü dəfə əsas titulu qazanıb. Onun finaldakı rəqibi Elena Quiriçi (İsveçrə) və dünya çempionatının bürünc mükafatçısı Seiko Zefaniya (İndoneziya) da Çenqduda çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan Dünya Oyunlarında gimnastikanın üç növündə də təmsil olunacaq. Tamblinq (Mixail Malkin), akrobatika (Raziyə Seyidli - Ağasif Rəhimov qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Riad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişi qrupu) və aerobika (Mədinə Mustafayeva - Vladimir Dolmatov qarışıq cütlüyü).

İdman.biz

Məqalədə:
Seçilən
20
idman.biz

1Mənbələr