AZ

ABŞ İrana xəbərdarlıq etdi - "Qarışma..."

İsrail ordusunun Livan əməliyyatı kontekstində Pentaqonun rəhbəri Lloyd Ostin ilə İsrailin müdafiə naziri Yoav Qallant arasında təhlükəsizlik məsələləri müzakirə olunub.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Pentaqonun sözçüsü general-mayor Pet Rayder bildirib ki, nazirlər təhlükəsizlik sahəsində mövcud inkişafları və İsrailin hərbi əməliyyatlarını müzakirə ediblər. Söhbət zamanı Ostin ABŞ-ın İran, Livanın "Hizbullah” hərəkatı, HƏMAS, Husilər və İranın dəstəklədiyi digər terror qruplaşmarından gələn təhdidlərə qarşı İsrailin özünümüdafiə hüququna dəstəyini bir daha təsdiqləyib. 

Hər iki tərəf keçən il oktyabrın 7-də HƏMAS-ın hücumu kimi "Hizbullah”ın İsrailin şimalına hücum edə bilməməsini təmin etmək üçün sərhəd boyunca hücum infrastrukturunun məhv edilməsi zərurəti barədə razılığa gəlib.

Ostin həmçinin sərhədin hər iki tərəfindəki mülki şəxslərin təhlükəsiz qayıtmasını təmin etmək üçün diplomatik həllin vacibliyini vurğulayıb. Təhlükəsizliyi və sabitliyi bərpa etmək üçün hərbi əməliyyatların dayandırılması və diplomatik tədbirlərə keçməyin zəruriliyi müzakirə edilib.

Pentaqon həmçinin bildirib ki, Birləşmiş Ştatlar öz vətəndaşlarını, müttəfiqlərini və tərəfdaşlarını İran və onun dəstəklədiyi terror qruplaşmalarının təhdidlərindən qorumağa hazırdır. Ostin və Qalant söhbətlərində İranın İsrailə birbaşa hərbi hücuma keçməyə qərar verəcəyi təqdirdə bunun ciddi nəticələrini müzakirə ediblər.

Seçilən
56
2
bizimxeber.az

10Mənbələr