AZ

NATO-nun yeni baş katibi işə başlayır

NATO-nun yeni baş katibi yeni vəzifəsinin icrasına başlayacaq. 

Bizimxeber.az bildirir ki, Yens Stoltenberqdən sonra NATO-nun baş katibi postunu tutan Mark Rutte çərşənbə axşamı rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Təhvil-təslim mərasimi Alyansın Brüsseldəki mənzil-qərargahında baş tutacaq. Stoltenberg və Rutte Şimali Atlantika Şurasının iclasında çıxış edəcək və bütün işçilərə qısa açıqlamalar verəcəklər.

Rutte daha sonra NATO baş katibi kimi ilk mətbuat konfransını keçirəcək.

Norveçin keçmiş baş naziri Yens Stoltenberq 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ilə yadda qalan on il ərzində təşkilata rəhbərlik edib.

Ruttenin Stoltenberqin alyansdakı prioritetlərini davam etdirəcəyi gözlənilir. Söhbət Ukraynanı dəstəkləməkdən, NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırmaqdan və ABŞ-ı Avropanın təhlükəsizliyinə cəlb etməkdən gedir.

14 illik vəzifədən sonra bu il Hollandiyanın baş naziri vəzifəsindən istefa verən Rutte Ukraynanın güclü tərəfdarıdır. 

Onlar həmçinin ümid edirlər ki, Rutte, Donald Tramp seçkidə qalib gəlsə, yeni Amerika prezidenti ilə münasibətləri yaxşılaşdırmaq üçün kompromis bacarığından istifadə edəcək.

Seçilən
22
50
bizimxeber.az

10Mənbələr