Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Sudan ordusuna məxsus təyyarənin Xartum səfirinin iqamətgahına hava hücumunu pisləyib və ordunu bu hərəkətə görə bütün məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin internet saytında dərc edilən açıqlamada Sudan Silahlı Qüvvələrinin diplomatik binaların toxunulmazlığının əsas prinsipinin pozulması anlamına gələn bu hücumla bağlı Ərəb İttifaqı, Afrika İttifaqı və Birləşmiş Millətlər Təşkilatına etiraz notası təqdim edəcəyi açıqlanıb.
Sudan ordusu BƏƏ səfirinin iqamətgahına hava zərbəsi endirdiyini təkzib edib. Sudan ordusu hücumun səbəbkarlarının Çevik Dəstək Qüvvələrinin (RSF) olduğunu iddia edib. Sudan ordusunun bəyanatında deyilir: “Bu qorxaq və biabırçı hərəkətlər yarımhərbiləşdirilmiş RSF-nin əmri ilə həyata keçirilir”.