AZ

"Rusiyanın təhlükəsizliyi üçün..." - Kadırovdan YENİ ADDIM

Ramzan Kadırov Çeçenistandakı bölmələri gücləndirmək qərarına gəlib.

 

Sfera.az bildirir ki, bu barədə Çeçenistan rəhbəri “Telegram” kanalında qeyd edib.

 

O, bu addımın Rusiyanın təhlükəsizliyi üçün atıldığını bildirib.

 

“Hamının müqəddəs borcu vətəni tam əsarətdən qorumaq və onun mənafeyi üçün öz layiqli töhfələrini verməkdir. Bu vəzifəni həyata keçirmək üçün bizim bütün lazımi resurslarımız və imkanlarımız var. Lakin biz əlavə ehtiyat hissələrin yaradılması, eləcə də artıq yaradılmış hərbi birləşmələrin xidmət şəraitinin yaxşılaşdırılması imkanlarını nəzərdən keçiririk” — Kadırov aydınlıq gətirib. O, ərazi üzrə məsul şəxslərə müvafiq tapşırıqlar çatdırdığını da qeyd edib.   

 

Xatırladaq ki, Çeçenistan rəhbəri daha əvvəl yeni döyüşçülər qrupunun göndərildiyini açıqlayıb.

 

Günay 

Seçilən
52
1
sfera.az

2Mənbələr