AZ

"Barselona" 7 yaşından klubda olan oyunçunun müqaviləsini uzatdı

"Barselona” futbolçusu Mark Bernalın müqaviləsini yeniləyib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçinin müqaviləsini 2026-cı ilin iyununa kimi artırılıb.

Qeyd edək ki, "Barselona”nın yetirməsi olan Bernal bu mövsüm La Liqada 3 oyun keçirib.

7 yaşında "Barselona"nın akademiyasına qoşulan Bernal bu mövsümdən əsas komandada oynayır. İspaniya U-21 millisinin də üzvü olan yarımmüdafiəçi bu komandada 11 oyun keçirib.
 

Seçilən
2
unikal.az

1Mənbələr