Əməkdar artist Əkbər Əlizadənin "Ailə dəstgahı" monoloqu Türkiyənin məşhur "Kızılcık şerbeti" serialında səslənib.
Teleqraf.com xəbər verir ki, bu haqda Əkbər Əlizadə İnstaqram hesabında məlumat verib:
“Türk qardaşlarımız mahnılarımızı ifa etdikləri kimi bu dəfə də “Kızılcık şerbeti” serialında dediyim “Ailə dəstgahı” monoloqumu dilə gətirdilər”.
Monoloq serialda Zülkar və Seher obrazlarının dilindən verilib.
Müəllif: Rəqsanə Həsənova