AZ

Ağırçəkili boksçuların dünya reytinq cədvəli bəlli olub

Ağır çəki dərəcəsində mübarizə aparan boksçuların reytinq cədvəli açıqlanıb, ukraynalı döyüşçü Alekandr Usik siyahıya başçılıq edir.

ABŞ-li boksçular Tayson Fyuri ikinci, Daniel Dubois isə üçüncü pillələri bölüşüblər.

Növbəti pillələrdə çinli boksçu Zili Zanq, almaniyalı Aqil Kabayel, konqolu Martin Bakuli, ingiltərəli Entoni Coşua, xorvatiyalı Filip Hrqoviç və nigeriyalı Efe Acaqba qərarlaşıblar.

Qeyd edək ki, ilk onluğu avstriyalı Custis Huni tamamlayıb.

"Cebheinfo.az"

Seçilən
12
2
cebheinfo.az

3Mənbələr