AZ

"Alyans Arena"da sirli görüş: həm "sülh", həm də sülh

Sentyabrın 28-də Almaniya bundesliqanın 5-ci turunda "Bavariya" - "Bayer-04" matçı (1:1) keçirilib. Oyun meydan sahiblərinin liderliyini möhkəmləndirməsiylə yanaşı, maraqlı anlarla müşayiət olunub.

"Football-plus.az" "Bild"ə istinadla xəbər verir ki, "Bavariya"nın idman direktoru Maks Eberl "Bayer-04"ün prezidenti Fernando Karroya yaxınlaşaraq əlini sıxıb. Hadisə azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb. Futbol ictimaiyyəti bunu Eberlin rəqibinə sülh çağırışı kimi qiymətləndirib. Axı klublar arasında son 4 ili əhatə edən soyuqluq yaranmışdı.

Məlumat üçün qeyd edək ki, inciklik özünü ilk dəfə Çempionlar Liqasının Monakoda keçirilən püşkatması zamanı büruzə verib. Funksionerlərin həmin tədbirdə üz-üzə gəlsə də, əl sıxışmaması ictimaiyyətdə suallar doğurub. Münasibətlərin pozulması isə 2020-ci ilə təsadüf edir və Florian Virtslə bağlıdı.

Belə ki, o vaxt Eberl futbolçunun "Köln"dən "Bayer-04"ə transfer edilməsini açıq şəkildə tənqid etməklə qarşı tərəfin əsəbləriylə oynayıb. Funksioner "Bavariya", "Köln" "Borussiya" (M), "Bayer-04" və "Fortuna" arasında gənc oyunçularla bağlı alış-verişin doğru olmadığını deyərək transferin gerçəkləşməsinə kəskin etirazını ildirib.

Sonradan məlum olub ki, sən demə, Eberl Virtsin "Bavariya"ya keçməsi üçün əlindən gələni edirmiş.

Əlqərəz, Karro yuxarıda bəhs edilən matçdan əvvəl Eberlin əlini geri çevirməyib. Loru dildə desək, sülh təklifini qəbul edib.

Maraqlıdı ki, "Bayer-04" azarkeşləri Eberlin səmimiyyətinə inanmır. Onlar "Bavariya"nın Conatan Taya göz dikdiyini və transferin reallaşmasına zəmin yaratmaq niyyətində olduğu üçün bu addımın atıldığını düşünür.

KƏNAN BAHADIR

Seçilən
94
football-plus.az

1Mənbələr