AZ

"Hakim penaltini verməyə də bilərdi" - Açıqlama

"Yaxşı rəqibə qarşı oynadıq. "Turan Tovuz"la matç bizim üçün çətin oldu. Qələbə qazana bilərdik. Son saniyədə penaltidən qol buraxmaq ağırdır. Amma ruhdan düşmürük. Ədalətli olan nəticə bizim qələbəmiz idi. Hakim, məncə, penaltini verməyə də bilərdi. Yaxın məsafə idi, tam da əl deyildi. Ancaq nə edək, qərar verən odur".

Bu sözləri apasport.az saytına açıqlamasında "Şamaxı"nın kapitanı Adil Nağıyev deyib.

O, komandasının hazırda 6-cı pillədə qərarlaşması barədə də danışıb:

"Əlbəttə ki, biz bura inanaraq gəlmişik. Hər kəs inanır. Çox yaxşı komandamız var və həm də ailə kimiyik, çox əziyyət çəkirik. Meydançada canımızı qoyuruq, ən yaxşısını etməyə çalışırıq. Bu nəticələr havadan-sudan deyil. Vacib olan odur ki, bundan sonra daha çox çalışıb, daha da çox xallar toplayaq. Hazırkı durum üçün altıncı pillədə qərarlaşmaq yaxşıdır. Çünki yeni komandayıq. Bir aya formalaşmışq komnadayıq. Ancaq daha da artırıb, daha çox xallar qazana bilərik. Bununla kifayətlənmirik".

Nağıyev növbəti turda sabiq komandası olan "Səbail"ə qarşı keçiriləcək görüşü də şərh edib: "Səbail"ə qarşı oynamaq mənim üçün xüsusi bir şey deyil. Hər kluba qarşı necə hazırlaşmışamsa, "Səbail"ə də o cür hazırlaşacam. Orada çoxlu hörmət qoyduğum insanlar var. Səfərə qələbə qazanmaq üçün gedəcəyik. Bu oyunda da 3 xal bizə çox lazımdır. Rəqib yaxşı komandadır. Keyfiyyətli oyunçuları var, maraqlı matç olacaq.  Avrokuboklara gəldikdə, biz bu haqda düşünmürük. Hələ çempionatda cəmi 8 tur geridə qalıb. Heç nə bilmək olmaz. Futbolun düşüş vaxtı da var, hər şey dəyişə də bilər. Çalışırıq ki, hər oyunda maksimum xal qazanaq".

Emil Mustafayev: "Milli komandaya yenidən dəvət olunmaq istəyirəm"

Burak Yılmaz istefa verib

Elçin Məsiyev Konfrans Liqası matçına təyinat alıb

Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablayacaq

Orxan Məmmədov yığmanın üzvləri ilə görüşüb

Seçilən
21
apasport.az

1Mənbələr