AZ

Rutte NATO-nun 14-cü baş katibi oldu

Rutte NATO-nun 14-cü baş katibi oldu

Hollandiyanın keçmiş baş naziri Mark Rutte NATO-nun 14-cü Baş katibi kimi vəzifəsinin icrasına başlayıb.AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rutte bu vəzifəni son 10 il ərzində tutan norveçli Yens Stoltenberqi əvəz edib. Təhvil-təslim mərasimi NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.Səlahiyyətlərini təhvil verən Stoltenberq Rusiya-Ukrayna münaqişəsi haqda xüsusi vurğulayıb. "2014-cü ildə alyansa qoşulanda NATO Ukraynaya yalnız kiçik dəstək verirdi, lakin indi bu dəstək kütləvidir və koordinasiya üçün NATO-nun xüsusi qərargahı yaradılıb" - deyə o, qeyd edib.

Seçilən
11
50
afn.az

10Mənbələr