AZ

Putin müharibəyə büdcənin 41 faizini xərcləyəcək – Öz maaşını da artırır

Rusiyanın 2025-ci il büdcə layihəsində hərbi xərclər üçün 13,5 trilyon rubl nəzərdə tutulub ki, bu da ÜDM-in 6,31%-ni təşkil edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Bell” nəşri federal büdcə qanun layihəsinə izahat qeydinə istinadən yazıb.

Eyni zamanda, “Milli Təhlükəsizlik” maddəsinə 3,5 trilyon rubl ayrılıb. Ümumilikdə, 2025-ci ildə büdcə xərclərinin 41%-i müdafiə və təhlükəsizliyə yönəldiləcək. 2025-ci ildə Rusiya Prezidenti Vladimir Putinin saxlanması üçün xərclər 25,5% artaraq 31 milyard rubla çatacaq. Kəskin artım həm Putinin özünün, həm də onun administrasiyası üzvlərinin maaşlarının artırılması ilə izah olunur.

Bir həftə əvvəl 2025-2027-ci illər üçün federal büdcə layihəsini araşdıran “Bloomberg” agentliyi 2025-ci ildə müdafiə sektoruna xərclərin 13,2 trilyon rubl təşkil edəcəyini bildirdi. Jurnalistlər qeyd ediblər ki, bu, təhsilə, səhiyyəyə, sosial sahəyə və milli iqtisadiyyata nəzərdə tutulan bütün vəsaitlərin cəmindən çoxdur.

Eyni zamanda, büdcənin gizli hissəsinin 12,9 trilyon rubl təşkil etməli olduğu bildirilib - bu, ümumi büdcənin təxminən 30%-ni təşkil edir. Bu il məxfi maddələrə 11,1 trilyon vəsait ayrılıb.

“AzPolitika.info”

Seçilən
7
azpolitika.info

1Mənbələr