Bakı, 1 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov oktyabrın 4-də publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi, 84 “A”) Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşlarla görüşəcək.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saat 11:00-dan etibarən keçiriləcək görüş zamanı vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qeyd olunub ki, görüşdə iştirak etmək istəyənlər 10 saylı Lənkəran Ərazi İdarəsinə (telefon: (025) 25-4-71-86 və (050) 369-20-43, elektron ünvan: [email protected]) müraciət edə bilərlər.