AZ

Qaradağda prokurorluq işçilərinin peşə bayramı - Fotolar

Oktyabrın 1-də Qaradağda prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun şəxsi heyəti iştirak ediblər.
S. Mikayılov peşə bayramı münasibətilə bütün prokurorluq işçilərini təbrik edib.

RİH başçısı prokurorluq orqanlarının cinayətkarlığa qarşı mübarizə aparmasından, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 106 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayıb.

S.Mikayılov prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib. Bu gün Prezident İlham Əliyevin prokurorluq əməkdaşlarına diqqət və qayğıkeşliklə yanaşmasından, prokurorluq əməkdaşlarının sosial problemlərinin həll edildiyindən, şəxsi heyətin məişət şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışıb.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən bir neçə prokurorluq əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.






Seçilən
27
3
qafqazinfo.az

4Mənbələr