AZ

“Xəzər həftəsi: Təmiz Sahil, Təmiz Dəniz” -Sahil zolağı tullantılardan təmizlənib

Suraxanı və Balaxanı neftçilərinin iştirakı ilə “Xəzər həftəsi: Təmiz Sahil, Təmiz Dəniz” adlı təmizlik aksiyası keçirilib

Sentyabrın 30-da “Suraxanı Oyl” Əməliyyat Şirkətinin təşkilatçılığı, Suraxanı və Balaxanı neftçilərinin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində “Xəzər həftəsi: Təmiz Sahil, Təmiz Dəniz” adlı təmizlik aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiya zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib, çeşidlənib və aidiyyəti üzrə daşınıb.

Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Seçilən
22
ikisahil.az

1Mənbələr