Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi 5 oktyabr – müəllimlər günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqla çıxış edib.
ARANTV.AZ xəbər verir ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrinə Təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.
“Bildiririk ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir”, – məlumatda deyilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta