Çin Kommunist Partiyasının sədri Si Cinpin demokratik Tayvanla yenidən birləşməyə nail olacağına söz verib.AFN.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.“Tayvan Çinin toxunulmaz ərazisidir" - deyən Çin prezidenti "Tayvanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətlərə qətiyyətlə qarşı çıxmağa” çağırıb.Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümünə həsr olunmuş təntənəli iclasda Si Cinpin çıxışında "vətənin tamamilə yenidən birləşməsinə" nail olmaq əzmini açıqlayıb."Bu, dönməz tendensiya, ədalət və xalqın ümumi istəyidir. Heç kim tarixin gedişatını dayandıra bilməz" - deyə o, əlavə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta