AZ

Ermənistan və Rusiya arasında olan gərginlik sünidir

 Ermənistan  ucuz hərəkətlərlə Azərbaycanla sülh müqaviləsi imzalamağ məsuliyyətindən qaçmağa cəhd edir, paralel olaraq isə özünün "sülhpərvər" görüntüsünü yaratmağa çalışır.

Yaxşı başa düşürük ki, Paşinyan Rusiyadan təlimatlar alıb ki, prosesdə heç bir irəliləyiş olmasın. Bu oyunu davam etdirirlər.

Ümumiyyətlə, Ermənistan və Rusiya arasında olan gərginlik sünidir. Əslində, İrəvanla Moskva arasında dünya ictimaiyyətinə təqdim olunan "gərginlik" tərəflərin əməkdaşlığını gizlətmək üçün süni cəhdlərdir.

Hansı gərginlikdən söhbət gedə bilər ki, Rusiya ilə Ermənistan arasında iqtisadi əlaqələr inkişaf yolundadır. Hərbi təhlükəsizlik sahəsində heç bir dəyişiklik də baş verməyib. İllərdir eşidirik ki, Ermənstan KTMT-dən çıxır, Rusiyaya arxa çevirir və s. Ancaq bunları sadəcə eşidirik, heç bir addım atılmır. Açığı, KTMT özü də formal qurumdur, yəni feyk təşkilatdır. Onun hərbi baxımdan əhəmiyyəti sıfır dərəcəsindədir.

Ermənistandakı hərbi baza, hərbi hava qüvvələrinin bazası, havadan müdafiə sistemi birbaşa Moskvadan idarə olunur. Coğrafi baxımdan Moskvanın yanında yerləşən bir Mərkəz və Ermənistandakı hərbi sistemlər oradan idarə edilir. Ermənistan və Rusiya aralarında gərginlik olduğu görüntüsünü yaratmağa çalışırlar. Rusiyanın Qərbin sanksiyalarından yayınması üçün Paşinyan məqsədli şəkildə "Qərbyönlü siyasətçi" görüntüsü yaradır.

Seçilən
9
anspress.com

1Mənbələr