AZ

Maldiv prezidenti: "Çinlə əməkdaşlıq möhkəmlənməlidir"

"Çin Maldiv adalarının inkişafında etibarlı tərəfdaşdır və iki ölkə arasında əməkdaşlıq əlaqələri daha da güclənəcək".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Maldiv prezidenti Mohamed Muizzou deyib.

Onun sözlərinə görə, coğrafi məsafəyə baxmayaraq, iki ölkə arasında dostluq bağları illər keçdikcə daha da möhkəmlənir:

"Sülh, inkişaf və əməkdaşlığa dair ümumi istəklərə əsaslanan tərəfdaşlığımız hər iki ölkə üçün çox dəyərlidir. Çin-Maldiv Dostluq Körpüsü bu davamlı tərəfdaşlığın güclü simvoludur". 

Prezident Maldiv adaları ilə Çin arasında ticarət, turizm, kənd təsərrüfatı, balıqçılıq, bərpa olunan enerji, mədəni mübadilə, mənzil və infrastrukturun inkişafı kimi sahələrdə daha sıx əməkdaşlığa ümid etdiyini bildirib.

Gülşən Şərif

Seçilən
4
bakivaxti.az

1Mənbələr