AZ

Luis Almaqro Amerikada oturub erməniləri Qarabağa qaytarmağın fiffətini edir

Amerika Dövlətləri Təşkilatının baş katibi Luis Almaqro növbəti dəfə ermənisevər olduğunu sərgiləyib.

Adalet.az xəbər verir ki, Luis Almaqro Qarabağ könüllü tərk etmiş ermənilərin hüquqlarının müdafiəsi komitəsinin üzvü Mario Nalbandyanı qəbul edib.

Bu barədə Luis Almaqro özünün X mikrobloqunda məlumat verib:"Mən, Mario Nalbandyanla Dağlıq Qarabağa köçkün düşmüş ermənilərin qaytarılmasının təmin edilməsi, erməni hərbi və siyasi məhbusların azad edilməsi, Azərbaycan tərəfindən Artsaxda erməni mədəni irsinin məhv edilməsinin dayandırılması zərurətini müzakirə etdik".
Qeyd edək ki, erməni lobbisinin təsiri altında olan Luis Almaqro hələ 44 günlük müharibə zamanı "canfəşanlığı" ilə seçilib.

 Əntiqə Rəşid
 

phrase_var_article.chosen
66
adalet.az

1phrase_var_article.sources