AZ

70 dərdin dərmanı - Müalicəvi Naftalan nefti bölgəyə nə verəcək?

Bakı. Trend:

Naftalan şəhəri Azərbaycanın sağlamlıq turizminin mərkəzi hesabolunur. Bu şəhər şəfalı nefti ilə məşhurdur. Buradan çıxarılan neftgörünüşcə adi sənaye nefti ilə oxşar olsa da, 70-dən çox xəstəliyimüalicə etməyə imkan verir. Naftalan şəhərində hotellər, SPAmərkəzləri və müalicəvi kurortlar mövcuddur. Bu infrastruktur həmyerli, həm də beynəlxalq turistləri cəlb edir. İnsanlar müalicəməqsədilə bura gəldiyi üçün daha uzun müddət qalmağı seçir.Turistlər arasında MDB məkanından olan ölkələrin vətəndaşlarıüstünlük təşkil edir.

Naftalan turizmi bölgənin iqtisadiyyatını gücləndirmək, yeni işyerləri yaratmaq və yerli sakinlərin həyat səviyyəsini yüksəltməküçün əhəmiyyətli rol oynayır. Turizmin inkişafı ilə bağlı stratejiplanlar və layihələr, Naftalanın gələcəkdə daha da tanınmasına vəcəlbedici bir turizm mərkəzinə çevrilməsinə kömək edə bilər.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasınınprezidenti Ruslan Quliyev Trend-ə bildirib ki, sağlamlıq turizminin inkişafındaNaftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlərhaqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı tarixiqərardır.

"Əslində, məhz Naftalan neftinin dünyada tanıdılmasıistiqamətində müxtəlif instansiyalardan keçməsi özgüvəni artırır.Bu, daha çox sağlamlıq turizmi seqmentində turist axınına böyükimkanlar yaradır. Bundan öncə biz müəssisələr üçün hansısa Avropasertifikatlarını alırdıq.

Düşünürük ki, standartların təsdiq olunması və dövlətsəviyyəsində Elmi Araşdırmalar Mərkəzinin birgə səyləri müxtəlifqurumların, ictimai təşkilatların, birgə işçi qrupların da verəcəyigələcək təkliflər, təbii ki, Naftalan neftinin ən azından keçmişşöhrətinin qaytarılmasına və daha çox coğrafiyada Naftalan neftiilə müalicə məsələlərinin müsbət həllinə təsir göstərəcək", - deyəo qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev Sağlamlıqturizminin inkişafında Naftalan neftinin rolunun artırılması iləbağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncam Naftalan neftinin çıxarılması, emalı, təchizatıproseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondanhazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə dəNaftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyadatanıdılması məqsədilə imzalanıb.

Nazirlər Kabineti altı ay müddətində Naftalan neftinin və ondanhazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasdatanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalaraparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün dahageniş istifadə olunmasına dair təkliflərini AzərbaycanRespublikasının Prezidentinə təqdim etməli; Naftalan neftininçıxarılması, emalı, saxlanılması və sanatoriya-kurortmüəssisələrinə paylanılması qaydalarını təsdiq edib AzərbaycanRespublikasının Prezidentinə məlumat verməli; “Təbii müalicəehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”Qanununa uyğun olaraq, “Naftalan” Kurortu haqqında əsasnaməni ikiay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinəməlumat verməli; bu sərəncamdan irəli gələn digər məsələləri həlletməlidir.

Məqalədə:
Seçilən
9
2
az.trend.az

3Mənbələr