AZ

"Barselona"nın əfsanəsi karyerasını başa vurdu

"Barselona"nın sabiq futbolçusu Andreas İnyesta gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, son olaraq Birləşmiş Əmirliklərinin "Emireyts" klubunda çıxış etmiş yarımmüdafiəçi karyerasını başa vurub. Bu barədə "relevo" nəşri məlumat yayıb.

40 yaşlı oyunçu qərarını 8 oktyabr tarixində açıqlayacaq.

Qeyd edək ki, ANdreas İnyesta "Barselona"nın yetirməsidir. İspan yarımmüdafiəçi 2022-2018-ci illər ərzində Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 674 rəsmi matçda 57 qol və 135 məhsuldar ötürmə ilə yadda qalıb.

Ulduz futbolçu "Barselona"dan ayrıldıqdan sonra 5 il Yaponiyanın "Vissel Kobe" klubunun formasını geyinib.

İnyesta İspaniya millisinin heyətində keçirdiyi 131 oyunda 14 qol vurub, 30 assist edib. O, yığma ilə dünya və Avropa çempionu olub.

saytlarin hazirlanmasi

Seçilən
36
1
sportal.az

1Mənbələr